Sep 11, 2019 20:19 Asia/Baku
  • Qəribabadi: İran nüvə anlaşması öhdəliklərinin azaldılmasını ciddi şəkildə izləyir
    Qəribabadi: İran nüvə anlaşması öhdəliklərinin azaldılmasını ciddi şəkildə izləyir

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və nümayəndəsi Amerika və sionist rejimin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiq göstərmələri haqda xəbərdarlıq edib. Vurğulayıb ki, İran hər 60 gündə nüvə anlaşması öhdəliklərinin azaldılmasını ciddi şəkildə izləyəcək.

Kazem Qəribabadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin iclasında deyib: İran bu mənfi təbliğatların təsiri altına düşməyəcək və nüvə anlaşması öhdəliklərinin azaldılmasını davam etdirəcək.

İran və MAQATE-nin sıx əməkdaşlığına təkid edən Qəribabadi əlavə edib: İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı konstruktiv həmkarlığı yayındırmaq istiqamətindəki hər cür səy Tehranın mütənasib addımlarına gətirib çıxaracaq.

Şərhlər