Sep 12, 2019 15:11 Asia/Baku
  • General Baqeri: İran Fars Körfəzindəki maraqlarını qətiyyətlə müdafiə etməyə hazırdır
    General Baqeri: İran Fars Körfəzindəki maraqlarını qətiyyətlə müdafiə etməyə hazırdır

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, İran İslam Respublikası Fars Körfəzindəki maraqları və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə hazırdır.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri bu gün Pekində Çin Ali Müdafiə Universitetinin professor və tələbələri arasında bölgə və dünyanın təhlükəsizlik məsələləri barədə analiz təqdim edərək, əlavə edib: Tarix göstərir ki, İran heç vaxt bir təcavüz və savaşın başlayıcısı olmayıb, lakin əcnəbilərin hər cür təcavüzü və müdaxiləsi təqdirində öz təhlükəsizliyi və suverenliyini qətiyyətlə müdafiə edəcəkdir.

General Baqeri bildirib ki, Amerika hələ də öz qanunsuz hegemoniyasını hərbi və iqtisadi vasitələr, təhdid, sanksiya, ittihamvurma, müdaxilə və təcavüzlə dünyaya qəbul etdirməyə çalışır.

O, deyib: Azad və müstəqil hökumət və xalqlar sayıqcasına və aqilanə bir inteqrasiyada bu şəraitlə mübarizə aparmalı və münasib strategiyalar təyin etməlidirlər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sonra İran İslam Respublikasının regional məsələlərdəki külli siyasətini, bir regional və kollektiv təhlükəsizlik strukturunun memarlığı üçün bütün region ölkələrinin fəal iştirakını müdafiə adlandırıb və belə əlavə edib: İran bu siyasətdə regiondankənar güclərin bölgə məsələlərinə müdaxilələri və hegemoniyalarını qəbul etməyəcək.

General Baqeri terrorizm və ekstremizmi dünyada əhatəli bir təhdid və Qərbi Asiyanın problemlərindən adlandırıb və belə əlavə edib: Terrorizmlə mübarizə onu yaradan və himayə edən amillərin düzgün tanınmasına ehtiyaclıdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin dövlət terrorizmini dünyada digər səbatsızlaşdırıcı məsələlərdən adlandırıb və deyib: Sionist rejim heç bir beynəlxalq qanuna və humanitar prinsipə sadiq deyil və nəinki Fələstin xalqının hüquqalarını pozmağı, həm də Livan, İran və Suriya kimi qonşu ölkələrə qarşı təhdid və təcavüzlərini davam etdirir.

 

Teqlər

Şərhlər