Sen 15, 2019 18:14 Asia/Baku
  • İranın Atom Enerjisi Təşkilatının sədri Vyanaya gedib
    İranın Atom Enerjisi Təşkilatının sədri Vyanaya gedib

İranın Atom Enerjisi Təşkilatının sədri MAQATE-nin illik ümumi konfransında iştirak etmək üçün Vyanaya yollanıb.

Bu gün bir nümayəndə heyəti ilə Vyanaya gedən İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentliyinin 60 illik ümumi konfransında çıxış edəcək.

Salehi konfrans çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin 60 illik ümumi konfransı sabah, bazar ertəsi günü Vyanada işə başlayacaq.

Teqlər

Şərhlər