Zərifin Pompeoya tvitter tənəsi: İran yox, "B" qrupu müharibə istəyir
https://azeri.sahartv.ir/news/İran-i348973-zərifin_pompeoya_tvitter_tənəsi_İran_yox_b_qrupu_müharibə_istəyir
İranın xarici işlər naziri ABŞ dövlət katibinin İranın savaşa meylli olmasına dair iddiasını rədd edib. Vurğulayıb ki, Amerika prezidentinin ətrafındakılar İranla vuruşmaq istəyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2019 15:39 Asia/Baku
  • Zərifin Pompeoya tvitter tənəsi: İran yox,

İranın xarici işlər naziri ABŞ dövlət katibinin İranın savaşa meylli olmasına dair iddiasını rədd edib. Vurğulayıb ki, Amerika prezidentinin ətrafındakılar İranla vuruşmaq istəyirlər.

ABŞ dövlət katibi Mayk Pompeo dünən əbu-dəbidə əmirliklərin başçıları ilə görüşdən sonra iddia etdi ki, Amerika bölgədə dinc həll yolu axtarır, amma İrana qarşı kolisiya da yaradacaqdır, zira İranın xarici işlər naziri müharbədən danışır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün tvitter-dəki şəxsi səhifəsində yazıb: ABŞ dövlət katibi Mayk Pompeo səhv başa düşübdür, zira sonuncu amerikalının məhvinədək müharibə arzusunda olan İran yox, məhz B qrupu sonuncu amerikalıyadək İranla vuruşmaq istəyir.

Zərif əlavə edib: İranın savaşa əsla meyli yoxdur, amma öz xalqı və ölkəsini müdafiə edəcəkdir.