Sep 22, 2019 14:24 Asia/Baku
  • Zərif: Bölgədə müharibə başlayan tərəf sonda onu başa vuran tərəf olmayacaq
    Zərif: Bölgədə müharibə başlayan tərəf sonda onu başa vuran tərəf olmayacaq

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Fars Körfəzindəki hərbi və siyasi hərəkətlərini tənqid edərək, deyib: Amerika bilməlidir ki, bölgədə müharibə başlayan tərəf sonda onu başa vuran tərəf olmayacaqdır.

BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən Məhəmməd Cavad Zərif şənbə günü CBS informasiya kanalı ilə müsahibədə deyib: Amerika hərbi fəaliyyətləri artırıb, qeyri-münasib mövqe tutaraq, Qərbi Asiyanın sabitliyi və təhlükəsizliyini təhlükəyə salıb və regionu savaşa doğru sövq etdirir.

İranın xarici işlər naziri Amerikanın Qərbi Asiyada sülh istəməsi iddiasını rədd edərək, bu ölkənin ərəbistana daha çox hərbi təchizat və qüvvə göndərmək üzrə yeni qərarını Ağ Ev rəsmilərinin sözləri ilə əməllərində təzadın olmasının nişanəsi adlandırıb.

Zərif Amerika və ərəbistanın Yəmən savaşına son qoymaq üzrə real səylərini Qərbi Asiyada sülhün gücləndirilməsi yollarından biri adlandırıb və belə əlavə edib: Amerika və onun regiondakı əlbirləri təhdid və təzyiqlə öz ekspansianist məqsədlərinə çata bilməzlər.

 

Teqlər

Şərhlər