Sep 25, 2019 13:59 Asia/Baku
  • General Səlami: Yəmən Ənsarullahının hazırkı gücünə inanmaq düşmənlər üçün çətindir
    General Səlami: Yəmən Ənsarullahının hazırkı gücünə inanmaq düşmənlər üçün çətindir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı Yəmən xalqının səud koalisiyası qarşısındakı müqavimətinə toxunub. Bildirib ki, Yəmən Ənsarullahının hazırkı gücünə inanmaq düşmənlər üçün çətindir.

General-mayor pasdar Hoseyn Səlami əlavə edib: Düşmən üçün belə bir inamı qəbul etmək çətindir ki, Ənsarullah qüdrətin elə bir dərəcəsinə çatıbdır ki, ağıllarına belə gəlməyən bölgələrdə hücum əməliyyatı keçirə bilər.

General Səlami düşmənlərin Yəmən məsələsində İrana ittiham vurmalarına da işarə edib. Bildirib ki, yəmənlilər ərəbistanın Aramko neft obyektlərini hədəfə alıblar, amma düşmənlər səhv olaraq bu hücumu İrana aid edirlər.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, sentyabrın 14-də on ədəd pilotsuzla ərəbistan milli neft şirkəti- Aramko-nun Bəqiq və Xəris neftayırma zavodlarını hədəfə aldı.

Teqlər

Şərhlər