Sep 25, 2019 20:28 Asia/Baku
  • Üç Avropa ölkəsinin anti-İran bəyanatı onların qəhərindən irəli gəlir
    Üç Avropa ölkəsinin anti-İran bəyanatı onların qəhərindən irəli gəlir

İran İslam Şurası Məclisinin sədri üç Avropa ölkəsinin anti-İran bəyanatını onların İran İslam Respublikasına olan qəhərlərinin nişanəsi adlandırıb.

İngiltərə, Fransa və Almaniya bazar ertəsi günü bir bəyanatda heç bir sənəd təqdim etmədən iddia ediblər ki, Tehran yəmənlilərin ərəbistanın neft təsisatlarına qarşı əməliyyatında rol oynayıbdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün deyib: Yəmənlilər deyiblər ki, ərəbistanın təcavüzünə cavab veriblər. Bununla belə, bu üç Avropa ölkəsi İranı ittiham edir.

Laricani deyib: Əgər bir ölkə İrana hücum edərsə, İran İslam Respublikası ona qətiyyətli cavab verəcək. O, əlavə edib: Düşmənlər İrana hücum cürətinə malik deyillər.

İran İslam Şurası Məclisinin sədri həmçinin ABŞ prezidentinin BMT Baş Assambleyasında İran qarşı ittihamlarını rədd edib. Bildirib ki, Amerika xalqı yalançı bir prezidentin əlində ilişib qalıbdır.

Teqlər

Şərhlər