Sep 29, 2019 08:37 Asia/Baku
  • İnqilab Rəhbəri tərəfindən qanunvericilik sisteminin külli siyasətləri bəyan edilib

İslam İnqilabının Böyük Rəhbəri Əsas Qanunun 110-cu maddəsdinin 1-ci bəndinin icrası istiqamətində qanunvericilik sisteminin külli siyasətlərini bəyan ediblər və mövzunun önəminə görə, onun kənarında belə qeyd ediblər: Siyasətlər üçlü qüvvəyə elan edilsin. Üç hakimiyyət qüvvəsi addımları zaman cədvəlinə salmağa və irəliləyişləri məlumat verməyə borcludur.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei tərəfindən təsdiq edilmiş qanunvericilik sisteminin külli siyasətləri İran İslam Respublikası quruluşunun Məsləhət Şurası ilə məşvərətdən sonra tənzim olunubdur.

Qanuni layihələrin tənzim və qəbul edilməsində qanunvericiliyin ən əsas mənşəyi kimi şəriət qaydalarıana diqqət, ölkənin mövcud olan qayda və qanunlarının dəyərləndirilməsi, həmçinin şəriət qaydaları və İran İslam Respublikasının Əsas Qanunu ilə təzadlı cəhətlərinin təmizlənməsi qanunvericilik sisteminin külli siyasətlərinin bir hissəsidir.

Qanuni layihələrin uyğunlaşdırılması üçün mexanizmin təyini, qanunvericilik və qanunun yazılışı prinsiplərinə, həmçinin silahlı qüvvələr üçün qanunvericilikdə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanlığının tədbirlərinə riayət/ İslam İnqilabının Böyük Rəhbərinin bəyan etdikləri qanunvericilik sisteminin külli siyasətlərinin digər hallarındandır.

 

Teqlər

Şərhlər