Oct 03, 2019 17:16 Asia/Baku
  • “İran və BMT- sənədlərin rəvayət etdikləri kimi” kitabı Nyu-Yorka çatıb
    “İran və BMT- sənədlərin rəvayət etdikləri kimi” kitabı Nyu-Yorka çatıb

İranın BMT-dəki daimi nümayəndəsi “İran və BMT- sənədlərin rəvayət etdikləri kimi” kitabını bu təşkilatın Nyu-Yorkdakı kitabxanasına hədiyyə edib.

Bu kitab İranın 1944-cü ildən 2018-ci ilədək BMT-də yayılmış sənədlər toplusunu ehtiva edir.

Kitabda İslam İnqilabınadək qeyd olunmuş bütün sənədlər və inqilabdan sonrakı mühüm sənədlər İran prezident administrasiyasının rabitə və informasiya müavinliyinin baş araşdırma və sənədlər idarəsi tərəfindən toplanıbdır.

Sənədlərin nümunələrinin təsvirləri və mündəricatdan əlavə, mühüm fəsillər və mündəricatın təqdimi üçün kitabın sonunda ingilis dilində mətn də yerləşdirilibdir.

“İran və BMT- sənədlərin rəvayət etdikləri kimi” kitabı rəsmi şəkildə BMT-də qeydə alınıb və onun kitabxanasında yerləşibdir. Beynəlxalq tədqiqatçılar onlardan istifadə edə bilərlər.

 

 

Teqlər

Şərhlər