Oct 22, 2019 08:53 Asia/Baku
  • ABŞ-ın unilateralizmi beynəlxalq müqavilələri zəiflədib
    ABŞ-ın unilateralizmi beynəlxalq müqavilələri zəiflədib

İran İslam Respublikasının BMT-dəki səfiri deyib ki, Amerikanın beynəxalq təşkilatlardakı təkvektorluluğu beynəlxalq müqavilələrin zəifləməsinə səbəb olubdur.

Eshaq Ale Həbib BMT Baş Məclisinin dördüncü komitəsinin iclasında xəbərdarlıq edib ki, Amerika hökumətinin beynəlxalq səviyyədəki utancgətirici hərəkətləri beynəlxalq inkişaf, təhlükəsizlik və sülh üçün böyük nəticələrə gətirə bilər.

Ale Həbib bu iclasda ümumdünya rabitə mərkəzindən, birtərəfli sərt tədbirlərin, hədəf seçilən ölkələrin iqtisadi və ictimai inkişafına mənfi təsiri barədə dünya ictimaiyyətinin  məlumatlılığının artırılması istiqamətində iştirak etməsini istəyib.

İran İslam Respublikasının BMT-dəki səfiri həmçinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması və yayılması məqsədilə bütün təşəbbüslərin yüksəldilməsini istəyib və qeyd edib ki, İran nümayəndəliyi “sivilizasiyaların dialoqu” və “zorakılığa və ifratçılığa qarşı dünya” kimi təşəbbüslərin yüksəldilməsinin önəmini vurğulayıb.

 

Şərhlər