Oct 23, 2019 08:59 Asia/Baku
  • Multilateralizm Amerika tərəfindən hədələnir
    Multilateralizm Amerika tərəfindən hədələnir

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Bakıya daxil olarkən deyib: Bizim qoşulmama hərəkatına üzv ölkələrin iclasında daha çox təmərküzümüz multilateralizm üzərindədir ki, bu hərəkatın əsas məqsədi, multilateralizmin gücləndirilməsidir.

Məhəmməd Cavad Zərif əlavə edib: Hal-hazırda multilateralizm Amerika tərəfindən son dərəcə hədələnir.

O, deyib: Ölkələr diplomatiya və multilateralizmin əsaslarına diqqət yetirməlidirlər.

İranın xarici işlər naziri deyib: Digər tərəfdən də qoşulmama hərəkatına üzv ölkələrin dövlət başçıları və baş nazirlərinin iclası fürsət yaradır ki, bu iclas çərçivəsində müxtəlif ölkələrin başçıları ilə görüşlər keçirmiş olaq. Biz bu fürsətdən istifadə edəcəyik.

 

Şərhlər