Nov 06, 2019 17:04 Asia/Baku
  • Ruhani: Fordo tezliklə öz tam fəaliyyətini bərpa edəcək

İran İslam Respublikası prezidenti Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların öz öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə işarə edərək, vurğulayıb: Amerikanın və müttəfiqlərinin siyasətlərinə görə, Fordo nüvə təsisatı tezliklə öz tam fəaliyyətini bərpa edəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün tvitter-dəki şəxsi səhifəsində yazıb: İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə dördüncü addımı 1044 sentrifuqaya qazın vurulması ilə bu gündən başlanır.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib: Bu gün gecə saat 12-də Fordo-dakı sentrifuqalara qaz vurulacaq və sabitliyə çatması bir neçə saat sürəcək. Şənbə günü də İran, təqribən 4,5 faiz zənginləşdirməyə malik olacağı bir mərhələyə çatacaqdır.

Kəmalvəndi əlavə edib: Bu gün İran kəşfiyyat, hasilat və zənginləşdirmə mərhələsindən tullantıların yığılması mərhələsinədək tam yanacaq dövriyyəsinə malikdir.

Teqlər

Şərhlər