Nov 08, 2019 15:31 Asia/Baku
  • İran xalqının Amerikaya nifrəti uzaqgörənlik nişanəsidir
    İran xalqının Amerikaya nifrəti uzaqgörənlik nişanəsidir

Tehranın cümə namazı xitabətçisi deyib: İran xalqının Amerika başda olmaqla dünya imperializminə nifrət ifadə etməsi bu ölkəni, bəşəriyyəti, sülhü, təhlükəsizliyi və insanların haqlarını hədələyən bir təhlükə ilə bağlı uzaqgörənlikdən xəbər verir.

Tehranın cümə namazı xitabətçisi höccətulislam Kazem Seddiqi İslami İran boyunca xalqın 13 aban- 4 noyabr, “dünya imperializmi ilə milli mübarizə günü” yürüşündə iştirak etməsinə toxunaraq, əlavə edib: Amerika ötən 40 ildə müqəddəs İran İslam Respublikası quruluşu ilə düşmənçilikdə əlindən gələn fitnəkarlığı törətdi.

İranın 5+1 qrupu ilə müzakirələri və nüvə anlaşmasının imzalanmasını xatırladan Tehranın cümə namazı xitabətçisi soruşub: Nüvə anlaşmasının nəticəsi nə oldu? Sanksiyalar götürüldümü?

O, bu sualların cavabını da verib: Nəinki sanksiyalar götürülmədi, əksinə yeni sanksiyalar da əlavə edildi.

Höccətulislam Seddiqi vurğulayıb: İqtisadi savaşda ləyaqətli gənclərə, parlaq istedadlara və raket məsələsini ölkənin başıucalıq mənbəyi edərək, müqavimət cəbhəsinə qalibiyyət bəxş edən gənclərə meydan verilməlidir.

O, deyib: İqtisadi savaşla mübarizədə inqilabçı və bacarıqlı gənclərdən istifadə olunmalıdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin Amerika ilə müzakirə barədə İran rəsmilərinə tövsiyədə deyib: Problemlərin artmasına bais olan məsələ, başqalarına bel bağlamaq və digər ölkələrin ümidinə qalmaqdır.

 

Teqlər

Şərhlər