Nov 09, 2019 18:15 Asia/Baku
  • EKO-nun imkanlarından iqtisadi inteqrasiya üçün istifadə etmək lazımdır
    EKO-nun imkanlarından iqtisadi inteqrasiya üçün istifadə etmək lazımdır

İranın xarici işlər naziri bildirib ki, EKO iqtisadi əməkdaşlıq təşkilatının imkanlarından bu bölgədə iqtisadi inteqrasiya üçün isitifadə olunmalıdır. O, deyib ki, EKO-nun bölgədaxili mükəmməl tərtibatı həyata keçirilməlidir.

Məhəmməd Cavad Zərif bu gün Türkiyənin Antaliya şəhərində EKO-nun xarci işlər nazirləri səviyyəli 24-cü iclasında əlavə edib: Yarım milyard nəfərlik əhaliyə malik olan EKO xalqlar arasında çoxtərəfli həmkarlıqda uğur qazanmaq üçün lazım olan bütün komponentlərə, tarixi və mədəni bağlılıqlara, böyük ticarət bazarına, modern insan ehtiyatlarına, münbit mədən və enerji resurslarına və fövqəladə cöğrafi mövqeyə malikdir.

Zərif bildirib ki, bu iclasın iş gündəmi müştərək zəngin dəyərlər və bu bölgə əhalisinin artıq xoşbəxtliyi, sülh və sabitliyin yayılması ilə yanaşı “EKO icması”nın reallaşması olmalıdır. O, deyib ki, bu hədəfə çatmaq üçün əməkdaşlıq strukturu yenidən təşkilatlandırılmalıdır.

 

 

Şərhlər