Nov 09, 2019 19:06 Asia/Baku
  • İraqçı və Ryabkov Moskvada görüşüblər
    İraqçı və Ryabkov Moskvada görüşüblər

İran xarici işlər nazirinin siyasi müavini və Rusiya xarici işlər nazirinin müavini bu gün Moskvada keçirilən nüvə silahlarının yayılmaması üzrə beynəlxalq konfrans çərçivəsində görüşərək, söhbət ediblər.

İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Əraqçı və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu görüşdə İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə dördüncü addımı, həmçinin Amerikanın birtərəfli şəkildə bu anlaşmadan çıxmasından sonra Avropanın öz öhdəliklərini yerinə yetirməyə etinasızlığı ətrafında fikir mübadiləsi aparıblar.

Nüvə silahlarının yayılmaması üzrə beynəlxalq konfrans "Nüvə enerjisi- tərkisilah və yayılmama" adı altında 40 ölkənin rəsmiləri və şəxsiyyətlərinin, eləcə də BMT və MAQATE daxil olmaqla bir neçə önəmli beynəlxalq orqanın iştirakı ilə cümə günündən Moskvada başlanıb.

Şərhlər