Nov 14, 2019 13:47 Asia/Baku
  • Fələstin və Qüdsi-Şərif İslam Dünyasının ən önəmli məsələsidir
    Fələstin və Qüdsi-Şərif İslam Dünyasının ən önəmli məsələsidir

İran İslam Respublikasının prezidenti Fələstin və Qüdsi-Şərifi İslam Dünyasının ən önəmli məsələsi adlandırıb və belə deyib: İslam Dünyasının ümumi fikri düşmənlərə Fələstin və Qüdsi-Şərif məsələsinin unudulması icazəsini verməyəcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda 33-cü beynəlxalq İslami Birlik konfransının açılış mərasimində Amerika və sionist rejimin siyasətlərinin İslam Dünyasının oyaqlığı və sayıqlığı sayəsində uğursuz qalmasına işarə edərək, deyib ki, Əfqanıstan, İraq və Yəmən xalqlarının qırğın edilmələri, həmçinin islami ölkələrdə ixtilaf və təfriqənin yaradılması Amerikanın regiondakı nəhs fitnələrinin təsirlərindən olubdur.

Ruhani vurğulayıb ki, Fələstin fələstinlilərin və həmin bölgənin qəhrəman müsəlmanlarının əlləri ilə azad edilməlidir. O, əlavə edib: Gənc nəsil dərk etməlidir ki, Amerika müsəlmanların və region xalqlarının dostu olmayıb və olmayacaqdır da. Region problemləri region xalqları tərəfindən həll olunmalıdır.

İran prezidenti bəzi islami ölkələrin sionist rejimlə saziş və bu rejimin kəşfiyyat imkanlarından müqavimət cərəyanına və müsəlman xalqlara qarşı istifadə etmələrindən təəssüflənib. Vurğulayıb ki, İran İslam Respublikası Fələstin xalqının müdafiəsi istiqamətində sionist rejim və Amerika ilə mübarizənin ön cəbhəsində durur.

İran prezidenti həmçinin bu mərasimdə İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının seçilmiş 12 adda kitabını təqdim edib.

33-cü Beynəlxalq İslami Birlik konfransı dünyanın doxsan ölkəsindən 400 siyasi şəxsiyyət, mütəfəkkir və universitet işçisinin iştirakı və “Məsciduləqsa-nı müdafiədə İslam Ümmətinin birliyi” mövzusu ilə bu gün səhər Tehranda işə başlayıb və şənbə gününədək davam edəcək.

 

 

 

Teqlər

Şərhlər