Nov 16, 2019 16:30 Asia/Baku
  • Moskva İranın nüvə işində Amerikanın təxribatçı hərəkətlərinə mane olacaq
    Moskva İranın nüvə işində Amerikanın təxribatçı hərəkətlərinə mane olacaq

Rusiyanın İrandakı səfiri Amerikanın təkvektorluluq siyasəti və İrana qarşı qanunsuz sanksiyalarını tənqi edib. Bildirib ki, Rusiya İranın nüvə işində Amerikanın təxribatçı hərəkətlərinə mane olmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.

Levan Caqarian dünən yayılan Press TV ilə müsahibəsində Amerikanın Buşehr AES-in ikinci blokunun icrasına mane olmağa səy göstərməsindən xəbər verib.

Caqarian söyləyib: Amerika Buşehr AES-in ikinci blokunu icra etməsin deyə, Moskvanı təzyiq altında qoyubdur.

Rusiyanın Tehrandakı səfiri həmçinin Suriya olaylarına işarə edib. O, deyib: Yalnız İran və Rusiyanın Suriyada iştirak etmək haqları var, çünki Suriyanın qanuni hökuməti onları dəvət edibdir.

İranın Atom Elektrik Stansiyasının inşası texnologiyasına giriş darvazası Rusiyanın həmkarlığı ilə olub və Buşehr AES bu səmimi əməkdaşlığın simvoludur.

 

 

Teqlər

Şərhlər