Dec 02, 2019 16:26 Asia/Baku
  • İran Avrasiya Birliyinə qoşulur
    İran Avrasiya Birliyinə qoşulur

Avrasiya İqtisadi Birliyi İran İslam Respublikasının Rusiyadakı səfirliyinə, bu birliyin İran İslam Respublikası ilə müvəqqəti razılaşmasının icrası barədə rəsmi məlumat göndərib.

Bu rəsmi məlumatda Avrasiya Birliyinin İran ilə müvəqqəti razılaşmasının qüvvəyə minməsi tarixi, 27 oktyabr 2019-ci il elan olunubdur. Bu razılaşmanın icra olunması ilə üzv ölkələr ilə İran İslam Respublikası arasında 862 ədəd əmttə mal xüsusi gömrük güzəştləri və məziyyətlərindən faydalanacaqdır.

Razılaşmanın rəsmi şəkildə həyata keçirilməsilə bir zamanda razılaşmanın icrasına nəzarət etmək üçün İran nazirlikləri və əlaqədar təşkilatlarındakı işçi qrupları və komissiyalar fəaliyyətə başlayıbalr. Bu birlik rəsmi olaraq 1 yanvar 2015-ci il tarixindən işə başlayıbdır.

Avrasiya ölkələri hazırda 20 milyon kvadrat kilometr əraziyə və 183 milyondan çox əhaliyə malikdirlər ki, bu da dünya əhalisinin 5,2 faizini təşkil edir. Bu, 180 milyondan çox insanı bir-birilə əlaqələndirən regional bir bazardır.

Bu iqtisadi birliyin məqsədləri barədə, ticarətin asanlaşdırılması, MDB məkanında müştərək bazarın yaradılması, birlik daxilində gömrük qaydalarının tədricən aradan qaldırılması, üzv ölkələr arasında ortaq xarici tarifin yaradılması və gömrük qaydalarının koordinasiya edilməsinə işarə etmək olar.

Birliyə üzv olan ölkələrdə bazarın və mövcud mənbələrin müxtəlifliyinə əsasən, ona qoşulmaq İran iqtisadiyyatı üçün əhəmiyyətli bir fürsət yaradır və bu yolla sanksiyaların təsirinin bir hissəsinin əvəzini çıxmaq olar.

Qəti şəkildə demək olar ki, Avrasiya İqtisadi Birliyinə qoşulmaq və bu birliklə həmkarlıq İran iqtisadiyyatı üçün yeni bir qapı ola bilər ki, onunla İran digər üzvlərlə asanlıqla iqtisadi əlaqələr qura və ya öz əlaqələrini inkişaf etdirə bilər.

 

 

 

 

Şərhlər