Dek 09, 2019 21:41 Asia/Baku
  • Xarici qüvvələrin Əfqanıstandan çıxmaları sülhün bərqərarına zamindir
    Xarici qüvvələrin Əfqanıstandan çıxmaları sülhün bərqərarına zamindir

İranın xarici işlər naziri deyib: Xarici qüvvələrin Əfqanıstandan məsuliyyətlə çıxmaları üzrə zaman cədvəlinin elan olunması milli səviyyədə sülh və barışığın bərqərarı məqsədilə Əfqanıstan hökuməti üçün lazımi zəmin yarada bilər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün “İstanbul prosesi-Asiyanın mərkəzi” nazirlərinin səkkizinci iclasında Əfqanıstanda birliyin qorunması vacibliyini vurğulayıb. Bildirib ki, İran İslam Respublikası Əfqanıstan hökumətinin mərkəzliliyi ilə və Taliban daxil olmaqla bütün siyasi cinah və qrupların iştirakı ilə əfqanıstanlıların mülkiyyətləri və istiqamətləndirmələri altında əfqan-əfqan sülh prosesini himayə edir.

“Xarici qüvvələrin iştirakı heç zaman Qərbi Asiya bölgəsi üçün sabitlik gətirməyib” deyən Zərif əlavə edib: Suriya və İraqda İŞİD-in və digər ekstremist qrupların yaradılması və himayə olunmasında heç kəsin mənfəət əldə etmədiyi kimi, onun Əfqanıstan və Mərkəzi Asiyada yayılmasından da bir kəsə mənfəət nəsib olmayacaqdır.

BMT-nin Əfqanıstanda daxili sülhün yaradılmasındakı roluna təkid edən İranın xarici işlər naziri deyib: Qonşu ölkələrin baxışlarına diqqət yetirmək və belə bir prosesdə onların qanuni nigarançılıqlarını nəzərə almaq sülh razılaşmasına daha güclü regional himayə ilə nəticələnəcəkdir.

Zərif həmçinin vurğulayıb: İran İslam Respublikası Əfqanıstanda sülhün bərqərarı üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.

“İstanbul prosesi-Asiyanın mərkəzi” nazirlərinin səkkizinci iclası bu gün İstanbulda işə başlayıb.

“İstanbul prosesi-Asiyanın mərkəzi” konfransı Əfqanıstanın mehvər olması, Türkiyənin səyi və Kabil qarşısında regional əməkdaşlıqların genişləndirilməsi məqsədilə İran, Türkiyə və Əfqanıstan daxil olmaqla on dörd ölkənin iştirakı, həmçinin 17 ölkənin və bir neçə beynəlxalq təşkilat və orqanın himayəsilə 2011-ci ildə işə başladı.

 

Teqlər

Şərhlər