Dek 11, 2019 13:45 Asia/Baku
  • Terrorizmlə mübarizə, İran-Rusiya hərbi həmkarlığının ən mühüm mehvəridir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini terrorizmlə mübarizəni İran və Rusiyanın hərbi həmkarlığının ən mühüm mehvəri adlandırıb.

İran və Rusiyanın hərbi əməkdaşlığı üzrə birgə komissiyanın üçüncü iclasında iştirak üçün Moskvaya səfər etmiş İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini briqada generalı pasdar Qədir Nezami deyib: İran və Rusiya iki strateji həmkar kimi əməkdaşlıq üçün əməliyyat və strateji mövzular, həmçinin müdafiə, texniki, quru və dəniz üzrə bir çox fəaliyyət sahəsinə malikdirlər.

Briqada generalı Nezami terrorizmlə mübarizənin İran və Rusiyanın hərbi həmkarlığının ən mühüm mehvəri olduğunu bildirərək, əlavə edib: Regional məsələlər, Qərbi Asiyada təhlükəsizlik və bəzi strateji məsələlər iki ölkənin digər əməkdaşlıq mehvərlərindəndir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini qeyd edib ki, İran və Rusiyanın hərbi sahədəki əlaqələrinin ümumi istiqaməti hərbi əməkdaşlıq üzrə birgə komissiyada araşdırılaraq, razılaşdırılır. O, deyib: Birgə hərbi komissiya, tərəflərin razılaşması ilə ümumi prosesi müəyyən edib, proqramlaşdırılmış şəkildə bu əməkdaşlığın uzaq perspektivlərini təyin etməyə borcludur.

Briqada generalı Nezami Rusiyanın hərbi rəsmilərilə görüşləri və məşvərətlərinə də işarə edib. O, deyib: Rusiyanın hava-kosmos qüvvələrinin komandanı, eləcə də Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin müavini ilə ikitərəfli görüş və danışıqlardan əlavə, İranın hərbi heyəti Rusiya Ali Hərbi Akademiyasında da olmalıdır.

 

 

Teqlər

Şərhlər