Dek 11, 2019 15:12 Asia/Baku
  • İranın infrastrukturlarına qarşı mütəşəkkil kiberhücum dəf olunub

İranın rabitə və informasiya texnologiyaları naziri ölkənin infrastrukturlarına qarşı mütəşəkkil kiberhücumun dəf olunmasından xəbər verib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mohəmməd Cəvad Azəri Cəhromi bu gün müxbirlər qarşısında deyib: İranın elektron hökumət infrastrukturlarına qarşı çox böyük mütəşəkkil hökumət hücumu aşkar və dəf edilibdir.

Azəri-Cəhromi əlavə edib: Bu barədə daha artıq detallar tezliklə elan olunacaq.

İranın rabitə və informasiya texnologiyaları naziri həmçinin bildirib ki, İranın milli informasiya şəbəkəsi ciddi şəkildə izlənilir.

Şərhlər