Dek 12, 2019 17:43 Asia/Baku
  • MAQATE-nin baş direktoru İrana səfər etmək niyyətindədir
    MAQATE-nin baş direktoru İrana səfər etmək niyyətindədir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın Vyanadakı nümayəndələri ilə görüşünü təsdiq edərək, Tehrana səfəri bu görüşün mövzularından adlandırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün Sputnik xəbər agentliyi ilə eksklüziv müsahibədə iranlı heyətlə görüşünü olduqca müsbət dəyərləndirib və belə əlavə edib: Təbiidir ki, Tehrana gedib, oradakı obyektlərə nəzər salmalıyam. Biz tarix barədə qərara gəlməmişik.

Rafael Qrossi bundan öncə vurğulamışdı ki, İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hərəkət gedişatı barədə öz baxış və gözləntilərini bəyan etmək niyyətindədir və mən bu məsələni alqışlayıram.

İran Amerikanın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əksinə olaraq geniş sanksiyalar tətbiq etməsinə rəğmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını davam etdirir.

 

 

 

Teqlər

Şərhlər