Dek 13, 2019 11:25 Asia/Baku
  • İran BMT-nin Cinayət Halları ilə Mübarizə İdarəsində etnik müxtəlifliyin olmamasından nigarançılıq edib
    İran BMT-nin Cinayət Halları ilə Mübarizə İdarəsində etnik müxtəlifliyin olmamasından nigarançılıq edib

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi BMT-nin Cinayət Halları və Narkotik Maddələr ilə Mübarizə İdarəsində inkişaf etməkdə olan ölkələrin zəif iştirakından nigarançılıq edib. O, bu orqanın işçiləri arasında coğrafi müvazinətin yaradılmasını istəyib.

Kazem Qəribabadi dünən gecə BMT-nin cinayətin qarşısının alınması və narkotiklər komissiyalarının birgə iclasında bu orqan tərəfindən inkişaf etməkdə olan ölkələrə texniki yardımların təqdim olunmasının gücləndirilməsi üçün sabit, yetərli və proqnozedilən bir büdcənin əlçatılası olmasının önəminə təkid edib.

Qəribabadi narkotiklərə nəzarət üzrə müahidələrin icrasına nəzarətin təmin edilməsində qabiliyyətlərə təsir edən ümumi büdcənin çatışmazlığına görə narkotik maddələrə nəzarət üzrə beynəlxalq heyətin və onun katibliyinin qarşısında duran maliyyə problemlərindən dərin nigarançılıq edərək, deyib: İdarə Heyətinin tam maliyyə və texniki müstəqilliyini təmin etmək və müvafiq müqavilələrə əsasən öz vəzifələrini yerinə yetirməsi üçün zəruri olan maliyyə və inzibati tənzimləmələri qəbul etmək lazımdır.

 

Teqlər

Şərhlər