Yan 18, 2020 08:12 Asia/Baku
  • Ukrayna təyyarəsinin qəzaya uğraması faciəsi siyasi olmamalıdır
    Ukrayna təyyarəsinin qəzaya uğraması faciəsi siyasi olmamalıdır

İran xarici işlər naziri dünən gecə Ukrayna təyyarəsinin qəzaya uğraması faciəsinin siyasiləşdirilməsinin qarşısının alınması vacibliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif tvitter-də Omanın paytaxtı Maskatda Kanadanın xarici işlər naziri Fransua Filipp Şampan ilə görüşdüyünü bildirib. Qeyd edib ki, iki tərəf bu görüşdə “PS-752” saylı reysin faicəyə uğramasından zərər çəkmiş xalqlar arasında hüquqi, texniki və konsulluq həmkarlıqları ətrafında danışıb.

Zərif bildirib ki, İran və Kanada bu görüsdə əlaqədar ekspertlər arasında informasiya mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər. O, vurğulayıb ki, bu tragediyanın siyasiləşdirilməsinin qarşısı alınmalı və hamının fikri, həlak olanların ailələrinin üzərində təmərküzləşməlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi də cümə günü bütün tərəflərdən istəyibdir ki, humanitar məsələlər, xüsusən Ukrayna təyyarəsinin qəzaya uğraması kimi kədərli hadisə siyasi jest və tamahkarlıqlara bəhanə olmamalıdır.

 

Şərhlər