Fev 15, 2020 12:32 Asia/Baku
  • İranı tərk edən şirkətlərə xəbərdarlıq!
    İranı tərk edən şirkətlərə xəbərdarlıq!

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Son illər və aylar sırf olaraq, Amerikanın quldurluğunu qəbul edib, İranı tərk edən xarici şirkətlər bilsinlər ki, İran bazarına geri dönmək son dərəcə çətin olacaqdır.

Seyyed Əbbas Mousəvi Cənubi Koreyanın LG və Samsunq şirkətlərinin Amerikanın təzyiqləri altında iranlı şirkətlərlə həmkarlıqlarını dayandırmalarının ardınca tvitter-də yazıb: İranlılar çətin günlərin dostlarını unutmurlar. Amma son illər və aylar sırf olaraq, Amerikanın quldurluğunu qəbul edib, İranı tərk edən xarici şirkətlər bilsinlər ki, İran bazarına geri dönmək son dərəcə çətin olacaqdır. Ticarət qanunu deyir ki, bazarı qorumaq ona daxil olmaqdan daha çətindir.

Amerikanın İrana qarşı sanksiyalarının ardınca son aylar ərzində İranla öz həmkarlıqlarını kəsmiş Cənubi Koreyanın LG və Samsunq şirkətləri son günlər İran şəhərlərindən öz tablolarını yığışdırmaqdadırlar.

 

Şərhlər