Fev 19, 2020 14:47 Asia/Baku
  • Ruhani: İran xalqının seçkilərdə geniş iştirakı Amerikanı əsəbiləşdirir
    Ruhani: İran xalqının seçkilərdə geniş iştirakı Amerikanı əsəbiləşdirir

İran İslam Respublikası prezidenti İran xalqının 21 fevral parlament seçkilərində geniş iştirakının Amerikanı əsəbiləşdirdiyini bildirərək deyib: İran xalqı tam birlik içində amerikanlara güclü olduğunu göstərəcək.

İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında İranda İslmai Şura Məclisinin güclü qurum olduğunu bildirərək deyib: İran xalqı İslami Şura Məclisi seçkilərinə epik iştirakla bir daha düşmənləri məyus edəcək. 

İslami Şura Məclisinin 11-ci dövrünə seçkilər ölkə boyu 208 seçki məntəqəsində keçiriləcək. Eyni gündə Tehran, Fars, şimali Xorasan, Rəzəvi Xorasanı və Qum seçki məntəqələri üzrə növbədənkənar Xobreqan Məclisi seçkiləri də keçiriləcək. 

Ruhani Amerikanın İran xalqına qarşı sanksiyalarının terrorçu hərəkət olduğunu bildirərək deyib: Bu gün Amerikada hakimiyyətdə olan qrup sionistlər və regionun bəzi irticaçı rejimlərinin dəstəyi ilə İran xalqına müəyyən problemlər yaradıb. 

İran İslam Respublikası prezidenti Amerikanın regionda  xüsusiylə İranla əlaqədar siyasətinin yanlış olduğunu bildirərək deyib: Amerika rəsmiləri İran xalqının vəhdəti və gücü qarşısında maksimum təzyiq siyasətinin cavab vermədiyini və artıq haqq qarşısında təslim olmalı olduqlarını başa düşməlidirlər. 

Ruhani həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı General Leytenant Qasim Süleymaninin regionda antiterrorizm, stabillik və təhlükəsizlik simvolu olduğunu vurğulayaraq deyib: İran xalqının şəhid Süleymaninin cənazəsi ilə vidalaşma mərasimindəki milyonluq iştirakı göstərdi ki, amerikanlar və qərb dövlətlərinin son illər İran barədəki düşüncələri yanlış hesablama və səhv düşüncələr imiş.

RUHANİ: SEÇKİLƏRDƏ GENİŞ İŞTİRAK AMERİKANI ƏSƏBİLƏŞDİRİR

Teqlər

Şərhlər