Fev 22, 2020 07:55 Asia/Baku
  • Çin XİN sözçüsü koronavirusla mübarizə sahəsində İranla həmkarlığın davamına təkid edib
    Çin XİN sözçüsü koronavirusla mübarizə sahəsində İranla həmkarlığın davamına təkid edib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü koronavirusla mübarizə sahəsində İranla həmkarlığın davam etdirilməsi vacibliyini vurğulayıb.

Qan Tsuan dünən İranda koronavirusa yoluxma nəticəsində dörd nəfərin ölməsilə bağlı başsağlığı verib. O, Çinin bu virusla mübarizə sahəsində İranla həmkarlığını davam etdirəcəyini vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: İranın dövləti və xalqı koronavirusla mübarizə sahəsində Çinə dəyərli yardım və dəstəklər göstərdilər.

İndiyədək İranda koronavirusdan irəli gələn xəstəlik nəticəsində dörd nəfər ölüb, 18 nəfər də bu virusa yoluxubdur.

Bütün dünyada koronavirusdan irəli gələn xəstəlik nəticəsində 2250 nəfər ölübdür ki, onlardan 2236 nəfəri Çindədir.

Ötən ilin dekabr ayının sonlarında ilk dəfə olaraq, Çinin Hubey əyalətinin Uhan şəhərində müşahidə olunan koronavirus bu ölkənin 30 əyalətindən əlavə, hazırda ABŞ, Avstraliya, Tailand, Malayziya, Cənubi Koreya, Yaponiya, Kanada, İsveç, İspaniya, Fransa, əmirliklər və İran daxil olmaqla dünyanın təqribən otuz ölkəsinə də sirayət edibdir.

 

 

Şərhlər