Mart 23, 2020 21:32 Asia/Baku
  • Koronavirus ilə mübarizə üçün bütün dövlət və xalqlar bir-birilərinin kənarında olmalıdırlar
    Koronavirus ilə mübarizə üçün bütün dövlət və xalqlar bir-birilərinin kənarında olmalıdırlar

İran prezidenti koronavirusun beynəlxalq bir məsələyə çevrilməsinə toxunub. Bildirib ki, koronavirus ilə mübarizə üçün bütün dövlətlər və xalqlar bir-birilərinin kənarında olmalıdırlar.

Həsən Ruhani bu gün Tunisin seçilmiş prezidenti Qeys Səidlə telefon söhbətində bu ölkənin milli günün gəlib çatması və onun Tunisin prezidenti seçilməsini təbrik edib və belə deyib: Bu gün insanların həyatının qorunması və bu xəstəliklə qarşılaşma dünyada kollektiv tədbirlər və həmkarlıqlar tələb edir.

Ruhani bildirib ki, Amerika hökuməti bu xəstəliyin yayıldığı çətin bir şəraitdə də İran xalqına qarşı sanksiyaları və zalımcasına hərəkətlərini şiddətləndiribdir. O, söyləyib: Xalqın ehtiyaclarının təmin edilməsi üzrə İranın bank əlaqələrinin, humanitar yardımların və dərmanın göndərilməsinin qarşısının alınması BMT qanunları və humanitar qaydalarla ziddiyyət təşkil edir.

Dünya ölkələrinin Amerikanın bu bəşəriyyətə zidd hərəkətlərini pisləməli olduqlarını diqqətə çəkən İran prezidenti deyib: Tunis Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünya ictimaiyyətinin insanlığa zidd və zalımcasına sanksiyalara qarşı müqaviməti istiqamətində addım atmaq vəzifəsinə malikdir.

BÜTÜN DÖVLƏTLƏR VƏ XALQLAR YANAŞI OLMALIDIRLAR

Teqlər

Şərhlər