Mart 28, 2020 14:20 Asia/Baku
  • İranda səyyar bioloji laboratoriyanın açılışı olub
    İranda səyyar bioloji laboratoriyanın açılışı olub

Tehranda koronavirus testləri üzrə səyyar bioloji laboratoriyanın açılışı olub.

İran tibb icmasının bəsic rəisi Ebrahim Motəvəlliyan bu gün Tehranda koronavirus testləri üzrə səyyar bioloji laboratoriyanın açılışı mərasimində deyib: Oxşar modellərlə müqayisədə nəticəni çox sürətlə elan edən bu aparat İranın Pastor İnstitutu tərəfindən təsdiq olunubdur.

İran tibb icmasının bəsic rəisi bildirib ki, aparat gündə 200 nəfəri sınaqdan keçirmək imkanına malikdir. O, sonra deyib: Səyyar bioloji laboratoriya layihəsi iki həftədə konstruksiya edilib və bütün mühafizə sistemlərinə malikdir.

İRANDA SƏYYAR BİOLOJİ LABORATORİYA AÇILIB

 

Şərhlər