Apr 03, 2020 13:20 Asia/Baku
  • İran müəllimləri Hindistanda müsəlmanlara qarşı zorakılığa son qoyulmasını istəyiblər
    İran müəllimləri Hindistanda müsəlmanlara qarşı zorakılığa son qoyulmasını istəyiblər

İranın ali təhsil ocaqları və tədqiqat mərkəzlərindən yüzlərlə müəllim və ziyalı/ 350 hind universitet müəlliminə məktubda ifratçı hinduların və onlara tərəfdar olan partiyaların hind müsəlmanlara qarşı zorakılıqlarına son qoyulmasını tələb edib.

İranın ali təhsil ocaqları və tədqiqat mərkəzlərindən yüzlərlə müəllim və ziyalı bu məktubda vurğulayıb ki, müasir dünya ictimaiyyəti Hindistanı böyük müəllim və məsləhətçi Mhatma Qandinin adı ilə tanıyır.

Məktubda sonra deyilir: Qandi digər dinlərin davamçılarına, xüsusən ölkəsinin nəcib müsəlmanlarına hörmətlə yanaşaraq, ölkəsinin müstəmləkəçilərin caynaqlarından istiqlaliyyət əldə etməsi üçün müsəlmanlar və hinduların birgə mübarizə sərmayəsini təmin etdi.

İranlı universitet müəllimləri sonra bildiriblər ki, müasir insanın bədənində dini ifratçılığın dərin yaraları var.

Onlar əlavə ediblər: Etnik, irqi, dini və məzhəbi həyəcanların aradan qaldırılması sahəsində hər cür qəflətə qapılma/ insan haqlarına qarşı təcavüz və zorakılıq dövriyyəsini nəzarətəalınmaz tərzdə başlatmağa qadirdir.

İranlı universitet müəllimləri sonda ümidvarlıq ediblər ki, Hindistan universitetlərinin müəllimləri bu ölkə xalqının mədəni və ictimai yerinə söykənmək və elmi diplomatiyadan istifadə etməklə öz müsəlman həmvətənlərinə qarşı zorakı və ağrılı faciələrin baş verməsinə mane ola biləcəklər.

Hindistanda vətəndaş qanununa düzəliş layihəsinin qəbul olunmasından sonra hinduların bu ölkə müsəlmanlarına qarşı zorakılığı kəskin tərzdə artıbdır.

HİND MÜSƏLMANLARA QARŞI ZORAKILIĞA SON!

Teqlər

Şərhlər