Apr 07, 2020 21:06 Asia/Baku
  • İran koronavirusun idarə olunması etapına çatıbdır

İranın səhiyyə naziri bildirib ki, İran İslam Respublikası koronavirusun idarə olunması etapına çatıb. Deyib ki, qarşıdakı günlərdə ölkənin bəzi vilayətlərində koronavirusun nəzarətə alınması mərhələsinə də çatılacaqdır.

İranın səhiyyə naziri Səid Nəməki bu gün İslami Şura Məclisinin açıq içlasında sonra bildirib ki, heç kəs İranın sərt sanksiya şəraitində koronavirus xəstələyini idarə edə biləcəyinə inanmırdı.

Nəməki hazırda İran xalqından 71 milyon nəfərin dispanserləşdirildiyini bildirib və belə deyib: Əgər İranda koronavirusun miqdarı artmaqdadırsa ona görədir ki, dispanserləşdirmə layihəsinin icrası ilə iranlıların xəstəliklərinin üzə çıxarılması aktivləşibdir.

«İranda koronavirusa yoluxmuş xəstələrdən bir nəfəri belə, xəstəxananın qapısı arxasında qalmayıbdır» deyən İranın səhiyyə naziri qeyd edib ki, hazırda İranın müxtəlif vilayətlərindəki xəstəxanlarda çarpayıların 30-50 faizi boşdur.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli də bu gün İslami Şura Məclisinin açıq içlasında bu nazirliyin və valiliklərin koronavirusun yayılmasının nəzarətə alınması sahəsindəki fəaliyyət tərzi barədə bir hesabat təqdim edib və belə vurğulayıb: İranda koronavirus xəstəliyinə yoluxma prosesi azalmaya doğru gedir və Gilan və Mazandaran kimi təhlükədə olan vilayətlər bu sahədə qənaətbəxş vəziyyətə çatıblar.

Son statistikalara görə, indiyədək ölkədə koronavirusa yoluxmuş 60 min 500 nəfərdən 24 min 236 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 3739 nəfər isə həyatını itiribdir.

İRAN COVID-19-UN İDARƏ OLUNMASI ETAPINA ÇATIB

 

Teqlər

Şərhlər