İnqilab Rəhbəri 15 şəbanda televiziya ilə çıxış edəcəklər
https://azeri.sahartv.ir/news/İran-i360266-İnqilab_rəhbəri_15_şəbanda_televiziya_ilə_çıxış_edəcəklər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei cümə axşamı günü, 15 şəban, Həzrət Məhdi, Qaimi Ali-Muhəmməd(əc)-in səadətli mövludunun ildönümü günündə İran xalqı ilə birbaşa söhbət edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2020 16:36 Asia/Baku
  • İnqilab Rəhbəri 15 şəbanda televiziya ilə çıxış edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei cümə axşamı günü, 15 şəban, Həzrət Məhdi, Qaimi Ali-Muhəmməd(əc)-in səadətli mövludunun ildönümü günündə İran xalqı ilə birbaşa söhbət edəcəklər.

Cümə axşamı günü, 1441-ci il hicri qəməri ili şəban ayının on beşi, 2020-ci il aprelin 9-u, dünya şiələrinin 12-ci imamı Həzrət Məhdi(əc)-in səadətli mövludunun ildönümü günüdür.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin televiziya çıxışı Tehran vaxtı ilə səhər saat 11-də daxili və sərhədaşırı radio və televiziya kanallarından, eləcə də KHAMENEI.IR informasiya saytından, həmçinin bu saytın instaqram və tvitter hesablarından müxtəlif dillərdə və canlı surətdə yayımlanacaq.

İNQİLAB RƏHBƏRİ 15 ŞƏBANDA TELEVİZİYA İLƏ ÇIXIŞ EDƏCƏKLƏR