Apr 10, 2020 19:12 Asia/Baku
  • İranda 35 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
    İranda 35 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, İranda koronavirusa yoluxanların yaxşılaşması prosesi yüksək temp əldə edib və indiyədək ölkədə koronavirusa yoluxanlardan 35 min 465 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Ötən sutka ərzində və qəti diaqnoz meyarlarına əsasən, İranda koronavirusa 1972 yeni yoluxmüş şəxs aşkar edilib.

Cəhanpour sonra deyib: Yeni halların hesablanması ilə İranda COVID-19 xəstələrinin ümumi sayı 68 min 192 nəfərə çatıb.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 122 nəfərin vəfat etdiyini bildirib. Qeyd edib ki, İranda koronavirusdan həyatını itirənlərin sayı 4232 nəfərə çatıb.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA 35 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB

Şərhlər