İyun 02, 2020 11:38 Asia/Baku
  • ÜST-dən çıxmaq ABŞ-ın daha çox təcridinə səbəb olacaq

İranın səhiyyə naziri deyib ki, Amerikanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması bu ölkənin daha çox təcridinə səbəb olacaq.

SaharAzeri Səid Nəməki bu gün bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada xəstəliklərin idarə olunması sahəsində peşəkar bir təşkilatdır. Qeyd edib ki, Amerikanın bu təşkilatdan çıxması Ümumdünya Səhiyyə Təşkilatının zəiflədilməsi və beynəlxalq ixtilafların artırılması istiqamətindədir.

“Ola bilsin, dünya hər 150 ildən bir, yoluxucu və infeksion bir xəstəliklə üzləşsin” deyən Nəməki vurğulayıb: Bu gün Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun nəzarətə alınması və aradan qaldırılması sahəsində koordinasiya və ölkələrin istiqamətləndirilmələri üzrə rolu həmişəkindən daha çox önəmlidir.

ABŞ prezidenti Donald Tramp cümə günü bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatından rəsmən çıxdığını elan etməklə bərabər, bu təşkilatı Çinin tərəfini saxlamaqda və koronavirus barədə məlumatların təqdimatında səhlənkarlıq etməkdə ittiham etdi.

 

Teqlər

Şərhlər