İyul 22, 2020 07:23 Asia/Baku
  • Zərifin Moskva səfəri barədə tvitter yekunu

İran İslam Respublikasının xarici işlər naziri bir tvitter mesajında öz Moskva səfərinin nailiyyətlərini qeyd edib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif dünən gecə bir tvitter mesajında yazıb: Moskvada prezident Putinə mühüm bir müraciəti ötürdüm. Xarici işlər naziri Lavrovla ikitərəfli əlaqələr, regional və beynəlxalq koordinasiya barədə geniş danışıqlar apardım.

Zərif sonra bildirib: Nüvə anlaşması və beynəlxalq qanunlara sədaqət barədə Rusiya ilə eyni baxışlara malikik. Rusiya ilə əhatəli strateji əməkdaşlıq üçün uzunmüddətli müqaviləni yekunlaşdırmaq barədə razılığa gəldik.

İran İslam Respublikasının xarici işlər naziri Rusiyanın prezidenti və xarici işlər naziri ilə görüşüb, danışıqlar aparmaq məqsədilə çərşənbə axşamı günü Moskvaya daxil oldu.

Məhəmməd Cavad Zərif bu səfərdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin müraciətini Rusiya prezidenti Vladimir Putinə təqdim etməkdən əlavə, bu ölkənin xarici işlər naziri Sergey Lavrovla da görüşərək, onunla ikitərəfli mövzular, regional olaylar və nüvə anlaşması barədə müzakirə aparıbdır.

Teqlər

Şərhlər