İyul 24, 2020 15:25 Asia/Baku
  • İranın tibbi yardım yükü Pakistana təhvil verilib

İranın COVID-19 diaqnozu üzrə yüzlərlə sınaq şüşəsinə şamil olan tibbi hədiyyə yükü Pakistana təhvil verilib. Bu yük İranın Kəraçi şəhərindəki konsulluğu tərəfindən Pakistanın Send əyalətinin Qırmızı Aypara Cəmiyyətinin sədrinə təhvil verilib.

SəhərAzəri İranın Kəraçidəki baş konsulu Əhməd Mohəmmədi dünən Pakisanın Send əyalətinin Qırmızı Aypara Cəmiyyətinin sədri Şahnaz Həmidlə görüşdə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Pakistanın Send əyalətinin Qırmızı Aypara Cəmiyyəti ilə həmkarlıqlarının artırılması haqda söhbət edibdir.

Pakistanın Send əyalətinin Qırmızı Aypara Cəmiyyətinin mərkəzi ofisində keçirilən bu görüşdə iki tərəf iki ölkədə koronavirus epidemiyasının son vəziyyətindən xəbərdar olub.

2020-ci il martın onunda Pakistanın «İdehi» xeyriyyə və yardım fondunun sədri İranda koronavirusla mübarizə üçün Pakistanın 200 min dollarlıq yardımını İranın Kəraçidəki baş konsulu Əhməd Mohəmmədiyə təqdim etmişdi.

 

Teqlər

Şərhlər