İyul 29, 2020 19:07 Asia/Baku
  • İran dünyada birinciliyə imza atdı

İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələrinin komandanı dünyada ilk dəfə ballistik raketlərin yerin dərinliklərindən atıldığını və bu atışın platforma və ənənəvi avadanlıq olmadan həyata keçirildiyini söyləyib.

 

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələri komandanı, general Əmir Əli Hacızadə Fars körfəzində və Hörmüz Boğazının qərbində keçirilən  "Böyük Peyğəmbər (s.ə.s) 14" hərbi təlimlərinin nəticələri barədə açıqlamasında bu deyib: “bu manevrdə ilk dəfə olaraq İnqilab Keşikçiləri Korpusu tərəfindən ballistik raketlər yerin dərinliklərindən atıldı.Bu təlimlərdə tanış platformalar və avadanlıqlar istifadə edilmədi və yerin altında basdırılan raketlər yeri sökərək, hədəfə doğru istiqamətlənib və yüksək diqqət və dəqiqliklə hədəfləri məhv etdi. "
İnqilab Keşikçiləri Hava Qüvvələri Komandiri, raketlərin yerin altından çıxması, raket hücümlarından müdafiə qalxanlarından keçməsini və düşmənin müdafiə sistemlərini məhv edilməsini, Böyük Peyğəmbər (s) 14 təlimlərinin böyük nailiyyəti adlandırıb,və deyib: "Bu məşqdə ilk dəfə Tod sistemindən istifadə etdik və onu radar əleyhinə raketlərlə hədəf aldıq. İnqilab Mühafizəçiləri Korpusunun qırıcıları və dronları əvvəlcədən müəyyən edilmiş hədəfləri, xüsusilə ABŞ təyyarə gəmisini daşıyan modelini hədəf aldı. Bu manevrdə İnqilab Keşikçilərinin Suxo döyüş təyyarəsi uzaq məsafədən qanadlı raketləri vuraraq məhv etdi. "
İnqilab Keşikçiləri Korpusunun Hava və Dəniz Qüvvələrinin “Böyük Peyğəmbər (s.ə.v) 14” təlimləri əsnasında birgə fəaliyyət göstərdiklərini ifadə edən general Haczadə deyib: “Bu gün mövcud imkanlarımızla Fars körfəzində, Oman dənizində və Hind okeanında hər hansı bir düşmən hədəfini vura bilərik.”

Image Caption

 

Teqlər

Şərhlər