Avq 05, 2020 22:56 Asia/Baku
  • “İnsan Haqları Qərargahı Livana qarşı sanksiyaların və təzyiqlərin qaldırılmasını təmin etməyə çalışır”

Məhkəmə Hakimiyyətinin Sədri: İslam Respublikasının İnsan Hüquqları Qərargahı təzyiqləri aradan qaldırmaq və əziyyət çəkən Livan xalqının hüquqlarını müdafiə etmək üçün qanuni səylərini gündəmə gətirəcəkdir. 

SəhərAzəri xəbər verir, Məhkəmə Hakimiyyətinin Sədri Beyrut limanında bir çox Livanlının ölümü və xəsarət alması ilə nəticələnən partlayış hadisəsi ilə əlaqədar başsağlığı verib. 
Höccətül-İslam Raisinin başsağlığı mesajı belədir: 

بسم الله الرحمن الرحیم 

Beyrut limanında baş verən faciəli partlayış hadisəsi həmin ölkəni sevənlərin və Livanın dözümlü xalqının ürəyini yandırdı. Beyrutun iqtisadi infrastrukturunun mühüm bir hissəsinə ziyan və onun nəticələri, bu ölkənin xalqı üçün faciəni iki qat artırmış olub. 
Mən bu hadisə münasibəti ilə Hörmətli insanlara, möhtərəm hökumətə və Livanın sevimli müqavimətinə başsağlığı verirəm. 
Bu gün lazımlı hərəkət, milli birliyi qoruyarkən, Livan xalqı və hökuməti düşmənlərinin ixtilaf salmalara zımin yarada biləcək fitnə və planlarına diqqət yetirmək və Livan xalqının əsas ehtiyaclarını dərhal həll etməkdir ki bu qəza nəticəsində onun cərəyanında xələl yaranıb.
Bu ağrılı hadisə müəyyən şəraitdə baş Verdi ki Sionist rejimin işğalı nəticəsində və bu qeyri-insani rejimin Livan xalqının canı və malına qarşı təkrar təcavüzündən yaranan yaralar hələ də yaxşılaşmamışdır və bu məzlum millət ABŞ rejiminin təzyiqi və sanksiyalarının qamçıları altındadır.
ABŞ-ın cinayətkar rejiminin son aylarda Livan xalqına qarşı tətbiq etdiyi qəddar və insan haqlarına zidd sanksiyalar səbəbiylə ki Livan xalqının əsas ehtiyaclarını ödəmək üçün ciddi bir maneədir, Livanın dostu olan hökumətlər və beynəlxalq ictimaiyyət humanitar fəlakətin qarşısını almaq üçün bu sanksiyaların dərhal qaldırılması üçün səyləri gündəmə çıxarmalıdırlar.
İslam Respublikasının İnsan Hüquqları Qərargahı, bu təzyiqləri aradan qaldırmaq və əziyyət çəkən Livan xalqının hüquqlarını müdafiə etmək üçün qanuni səyləri gündəmə gətirəcəkdir.

Seyid İbrahim Rəisi
Məhkəmə Hakimiyyətinin Sədri

Teqlər

Şərhlər