Avq 06, 2020 09:12 Asia/Baku
  • İrandan Livana humanitar yardımlar göndərilib

İranın Qırmızı Aypara Cəmiyyəti Livana ilk humanitar yardımlar göndərib.

SəhərAzəri xəbər verir, İranın Qırmızı Aypara Cəmiyyətinin müxtəlif dərman preparatlarına və modul tipli xəstəxanaya şamil olan Livana ilk humanitar yardımlarını daşıyan təyyarə Beyrut beynəlxalq hava limanında yerə enib.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti deyib: Bu yük, dəyəri 150 min dollar olan 15 tondan çox dərman preparatlarına və tibbi ləvazimatlara, eləcə də 55 ton müxtəlif qida maddələrinə və bir modul tipli xəstəxanaya şamil olur. Bu istiqamətdə otuz nəfərlik bir tibb qrupu da Beyruta göndərilibdir.

Hemməti həmçinin İran xəstəxanalarında livanlı yaralıların qəbul edilmələrinə hazırlığın olmasına toxunaraq, deyib: İlkin dəyərləndirmədən və qarşıdakı günlərdə ehtiyacın elan olunmasından sonra qida maddələri, həmçinin dərman və tibb ləvazimatlarının göndərilməsi davam edəcək.

Bundan öncə Livan Qızıl Xaç Cəmiyyətinin sədri Corc Kəttanə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri ilə telefon söhbətində bildirmişdi ki, Beyrut yaralılara və zərəçəkənlərə xidmətlərin göstərilməsi üçün İranın Qırmızı Aypara Cəmiyyətinin yardımlarına ehtiyac duyur.

Teqlər

Şərhlər