Avq 06, 2020 20:49 Asia/Baku
  • Əmək və sosial müdafiə sahəsində Tehran-Bakı həmkarlıqları genişlənir

Əmək və sosial müdafiə sahəsində Tehran-Bakı həmkarlıqları araşdırılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri və İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri video-konfrans şəklində keçirilən görüş-söhbətdə iki ölkənin əmək və sosial müdafiə həmkarlıqlarını araşdırıblar.

Bu söhbətdə Sahil Babayev Bakıda yerləşməli olan İslam Əməkdaşlığı Təşkilatının beynəlxalq əmək mərkəzi barədə mətləblər söyləyib.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sonra söyləyib: Bu mərkəzin yaradılması ikitərəfli həmkarlıqların bu təşkilat formasında genişlənməsində mühüm rol oynaya bilər.

İranın kooperasiya, əmək və sosial rifah naziri Mohəmməd Şəriətmədari də bu söhbətdə İslam Əməkdaşlığı Təşkilatının beynəlxalq əmək mərkəzinin təsisini mühüm adlandırıb.

Bu online görüşdə həmçinin əmək və sosial müdafiə sahəsində Tehran-Bakı həmkarlıqlarının genişləndirilməsilə bağlı bəzi məsələlər nəzərdən keçirilib.

Teqlər

Şərhlər