Avq 14, 2020 10:20 Asia/Baku
  • Zərif Livan müqavimətinin qələbəsinin ildönümünü təbrik edib

İran xarici işlər naziri Livan müqavimətinin sionist təcavüzkarlara qarşı 33 günlük müharibədəki qələbəsinin 14-cü ildönümünü təbrik edib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bu qürurlu qələbə münasibətilə bu gün Livanın xarici işlər naziri və Livan Hizbullahının baş katibinə ünvanladığı müraciətlərdə Livanın hökuməti və xalqını təbrik edib.

Sionist rejim ordusu ilə Livan Hizbullahı qüvvələri arasındakı 33 günlük müharibə 2006-cı ilin iyulunda başlandı və elə həmin ilin 14 avqustunda Livan Hizbullahının zəfəri ilə başa çatdı.

Sionist rejim ağır tələfat və xəsarətlərə uğrayaraq, bu savaşdan geri çəkildi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Livan rəsmilərilə görüşmək, həmçinin bu ölkənin xalqı və hökuməti ilə həmrəylik ifadə etmək məqsədilə dünən axşamçağı Beyruta daxil olub və Livanın işlərinin irəlilədilməsi hökumətinin xarici işlər naziri Şərbəl Vəhbə tərəfindən qarşılanıb.

Zərif Livan rəsmilərilə görüşlərdə İranın yardımları gedişi, həmçinin iki tərəfi maraqlandıran məsələlər barədə danışacaq.

Teqlər

Şərhlər