Avq 14, 2020 19:22 Asia/Baku
  • BƏƏ-nin sionist rejimlə sazişi zəlilcəsinə bir sazişdir

İran İslam Şurası Məclisinin sədri əmirliklərin sionist rejimlə sazişini zəlilcəsinə bir saziş, həmçinin Fələstin amalına və İslam Ümmətinin dəyərlərinə xəyanət adlandırıb.

SəhərAzəri xəbər verir, Mohəmmədbaqer Qalibaf bu gün bir tvitt-də əmirliklərin sionist rejimlə sazişinə cavab olaraq yazıb: Əmirliklərin hökmranlarının cinayətkar sionist rejimlə zəlilcəsinə sazişi Fələstin amalına, İslam Ümmətinə və insan dəyərlərinə xəyanətdir.

Qalibaf sonra deyib: Hazırkı xainlərə və bu plana qatılmaq niyyətində olan kəslərə xəbərdarlıq edirik ki, sionist rejimlə mübarizə qüdrətlə davam edəcəkdir.

Teqlər

Şərhlər