Avq 15, 2020 10:46 Asia/Baku
  • Musəvi: ABŞ sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi

İran Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri BMT-nin 75 illik tarixində ABŞ-ın heç vaxt bu qədər təcrid edilmədiyinə toxunaraq, dedi: Vaşinqton sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.

Səhər Azəri bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ-ın İran əleyhinə qətnaməyə dair BMT-nin Təhlükəsizlik Şurasında üzləşdiyi ağır məğlubiyyətə işarə edərək, deyib: BMT-nin 75 illik tarixində ABŞ heç vaxt bu qədər təcrid olmamışdı.

Musəvi əlavə edib: ABŞ  bütün səylərinə, apardığı təbliğatlara və propaqandalara baxmayaraq sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.

"İranın aktiv diplomatiyası bir daha Təhlükəsizlik Şurasında ABŞ-ı məğlub etdi" deyə Musəvi vurğulayıb. 

Teqlər

Şərhlər