İran AET-in 190 min zənginləşdirmə SWU-sunu təmin etmək əzmkarlığı
https://azeri.sahartv.ir/news/İran-i366230-İran_aet_in_190_min_zənginləşdirmə_swu_sunu_təmin_etmək_əzmkarlığı
İranın Atom Enerjisi Təşkilatı nüvə sanksiyalarının geri qayıtması və tətik mexanizminin fəallaşması barədəki bəzi fikirlərin ardınca bu təşkilatın 190 min zənginləşdirmə SWU-sunu təmin etmək üzrə əzmkarlığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 14:58 Asia/Baku
  • İran AET-in 190 min zənginləşdirmə SWU-sunu təmin etmək əzmkarlığı

İranın Atom Enerjisi Təşkilatı nüvə sanksiyalarının geri qayıtması və tətik mexanizminin fəallaşması barədəki bəzi fikirlərin ardınca bu təşkilatın 190 min zənginləşdirmə SWU-sunu təmin etmək üzrə əzmkarlığını vurğulayıb.

SəhərAzəri xəbər verir, İranın Atom Enerjisi Təşkilatı öz tvitter səhifəsində ölkənin nüvə sənayesi qüdrətinin davam etdiyini vurğulayıb. Qeyd edib ki, istər tətik mexanizmi işə düşsün, istərsə də hazırkı proses davam etsin, İranın Atom Enerjisi Təşkilatı 190 min SWU-nun təmini istiqamətində iri addımlar atıbdır.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası da son zamanlar Amerikanın İrana qarşı tətik mexanizminin fəallaşması üzrə əbəs səyinə reaksiyada yaydığı bəyanatda vurğulayıb: Tətik mexanizminin qanunsuz şəkildə fəallaşacağı halda, İranın Atom Enerjisi Təşkilatı sürətlə bütün nüvə fəaliyyətlərini nüvə anlaşmasından öncəki səviyyəyə qaytararaq, IR4 ،IR6 ،IR8 nəsillərindən olan sentrifuqalardan istifadə etməklə ölkənin ehtiyacının ödənilməsi üçün sürətlə 190 min SWU-nun təmini istiqamətində addım atmalıdır.