Avq 25, 2020 14:36 Asia/Baku
  • Salehi:

İranın Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) işini müstəqil şəkildə həyata keçirməli olduğunu bəyan edərək, İranın öhdəliklərindən kənar digər tələblərə tabe olmayacağını vurğulayıb.

SəhərAzəri xəbər verir, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün AEBA-nın baş direktoru Rafael Qrossi ilə keçirdiyi birgə mətbuat konfransında ikitərəfli danışıqları kostruktiv adlandırıb və deyib: "Agentliyin öz işini müstəqil və profesional şəkildə həyata keçirməsi və İranın da öz öhdəlikləri çərçivəsində fəaliyyət göstərməsi qərara alınıb". 

Qrossinin Tehrana gəlişi ilə İranla AEBA arasında əməkdaşlıqda yeni fəslin başlandığını deyən Salehi ikitərəfli əməkdaşlıqların keçmişdəkindən daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

AEBA-nın baş direktoru Rafael Qrossi də agentliyə heç bir nüfuzun olmadığını, Lakin ona təzyiq göstərildiyini deyib.

Qrossi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mümkün olduğu qədər siyasi təzyiqlərin onun fəaliyyətinə təsir göstərməsinə imkan verməyəcəyini bəyan edərək, əlavə edib: "Bəzilərinin agentlikdən öz hədəfləri naminə sui-istifadə etməsinə icazə verməyəcək".

AEBA-nın baş direktoru Səudiyyə Ərəbistanının nüvə proqramı barədə isə deyib: "Bu ölkənin nüvə proqramının agentliyin müfəttişlərinin nəzarəti altında həyata keçirilməsi qərara alınıb".

Teqlər

Şərhlər