Sen 10, 2020 21:29 Asia/Baku
  • Sabah İranda 11-ci çağırış İran İslam Şurası Məclisi seçkilərinin ikinci turu keçiriləcək

Sabah cümə günü İranda 11-ci çağırış İran İslam Şurası Məclisi seçkilərinin ikinci turu 10 seçki dairəsində keçiriləcək.

SəhərAzəri xəbər verir, İranın Daxili İşlər Nazirliyinin Seçki Qərargahı parlament seçkilərinin ikinci turu keçiriləcək bütün seçki məntəqələrinin Koronavirusla Mübarizə üzrə Milli Qərargahın təsdiq etdiyi protokollara riayət edilərək, səhər saat 8-də seçiciləri qəbul etəyə hazır olduğunu bildirib.

11-ci  çağırış İran İslam Şurası Məclisi seçkilərinin ikinci turu "Lincan", "Səmirüm", "Kərəc,  İştihard və Fərdis", "Dehloran, Dərrəşəhr, Abdanan və Bədrə", "Əhvaz, Bavi, Həmidiyyə və Karun", "Zəncan və Tarum", "Bicar", "Kirmanşah", "İslamabad Qərb və Dalahu" və "KürdKöy, Türkmən, Bəndər Gəz və Gümüşan" seçki dairələri üzrə keçiriləcək.

11-ci  çağırış İran İslam Şurası Məclisi seçkiləri 290 deputatın seçilməsi üçün fevralın 21-də seçki hüququna malik 24 milyon 500-dən çox seçicinin iştirakı ilə keçirilib. 11-ci parlament seçkilərinin 208 seçki dairəsindən 197-sinin taleyi elə ilk turda həll edilib.

Teqlər

Şərhlər