Sen 16, 2020 08:08 Asia/Baku
  • AB iddia edir ki, nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalıbdır

Avropa Birliyinin Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi iddia edib ki, bu birlik nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalıbdır.

SəhərAzəri xəbər verir, Stefan Klement Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının iclasında iddia edib ki, Avropa Birliyinə üzv ölkələr nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq olublar. O, İranın uran ehtiyatlarının artmasından nigarançılıq edib.

Avropa Birliyi, həmçinin Almaniya, İngiltərə və Fransadan ibarət Avropa üçlüyü Amerikanın 2018-ci ilin səkkiz mayında qanunsuz surətdə nüvə anlaşmasından çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarını təmin etməklə bu anlaşmanı qoruyacaqlar, lakin onlar indiyədək bu istiqamətdə real addımların atılmasında heç bir uğur qazanmayıblar.

Belə bir şəraitdə, İran Ali Milli Təhlükəsizlik Şurası Amerikanın nüvə anlaşmasından çıxmasının ildönümü günündə bildirdi ki, İran öz öhdəlikləri və hüquqları arasında müvazinət yaransın deyə, nüvə anlaşması öhdəliklərini bu anlaşmanın 26 və 36-cı maddələrinə əsasən etaplarla azaldacaqdır.

İran vurğulayıbdır ki, sanksiyaların aradan qaldırılacağı və İranın nüvə anlaşmasının mənfəətlərindən bəhrələnəcəyi təqdirdə, Tehran öz nüvə anlaşması öhdəliklərinə geri dönməyə hazırdır.

Teqlər

Şərhlər