Sen 24, 2020 14:24 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "İranın min illərlə əvvələ aid olan mədəni irsi, turizmi və əl işləri sənayesini yaxşıca qorumalı və dünya xalqına tanıtdırmalıyıq".

SəhərAzəri xəbər verir, Həsən Ruhani Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatı, həmçinin İdman və Gənclər Təşkilatının milli layihələrinin açılış mərasimində Müqəddəs Müdafiə həftəsini əziz tutaraq, əlavə edib: "İrana səfər edən və turizm qütblərinə baş çəkən hər bir kəs həqiqətən də İran sivilizasiyasının sehrinə dalır və dünya görür ki, bu xalq yeddi min ildən çox bir tarixi keçmişə malikdir".

İran prezidenti, həmçinin idman və turizmi sosial anomaliyaların və xəsarətlərin azaldılması və gənclərin sağlamlıq və sevincinin artırılması üçün vacib olduğunu bildirərək, deyib: "İdman və Turizm cəmiyyətə sevinc və sağlamlıq bəxş edən iki əsas təməldirlər".

Qeyd edək ki, bu gün 8 vilayətdə, o cümlədən Şərqi Azərbaycan, Ərdəbil və Yəzd vilayətlərində Həsən Ruhaninin iştirakı ilə videokonfrans formatında bir neçə turizm və idman layihələrinin açılışı olubdur.

Teqlər

Şərhlər