Sen 24, 2020 21:09 Asia/Baku
  • Zərif və Lavrov ikitərəfli danışıqların əvvəlində:

Sergey Lavrov Zərif ilə ikitərəfli danışıqların əvvəlində vurğulayıb: "İki ölkə arasında çox saylı diplomatik səfərlər Tehran və Moskva arasındakı dərin və yaxşı münasibətlərdən xəbər verir".

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri hər iki ölkənin beynəlxalq arenada vahid və tam həmrəy şəkildə irəlilədiyinə toxunaraq, əlavə edib: "Bəzi güclərin istəyinin əksinə olaraq, İran və Rusiya əlaqələri sürətlə inkişaf yolunda davam edir".

O, Ağ Evin Əhatəli Müştərək Təşəbbüs Proqramına qarşı təxribatlarını tənqid edərək, deyib: "ABŞ-ın hərəkətləri əslində BMT və Təhlükəsizlik Şurasının imicinə xələl gətirir".

"ABŞ-ın Tətik müxanizmini işə salmaq haqqı yoxdur və Rusiya ABŞ-ın qanunsuz tələblərinə təslim olmayacaq", -deyə Lavrov qeyd edib.

İranın xarici işlər naziri də Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə bağlı Rusiyanın konstruktiv mövqeyini yüksək dəyərləndirərək, deyib: "Dünyanın Hazırkı həssas şəraitində Rusiyanın rolu çox ciddi və konstruktiv olub və demək olar ki, Təhlükəsizlik Şurasının tarixində həmişəlik qalacaqdır".

Çin və Rusiyanın güclü şəkildə ABŞ-ın beynəlxalq hüquq normalarına zidd hərəkətləri qarşısında dayandıqlarını bəyan edən zərif, deyib: "Vaşinqtonun qanunsuz tələblərinin hətta ABŞ müttəfiqləri arasında da tərəfdarı yoxdur".

 

Teqlər

Şərhlər