Sen 25, 2020 19:06 Asia/Baku
  • İranda üç min nəfərdən çox yeni koronavirus xəstəsi aşkar edilib

Ötən 24 saat ərzində İranda 3 mindən çox yeni koronavirus xəstəsi aşkar edilib

Səhər Azəri bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Məlumata görə, ötən 24 saat ərzində ölkədə üç min nəfərdən çox koronavirus xəstəsi aşkar edilib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda üç min 563 yeni COVID-19 xəstəsi aşkar edilib. 1708 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 439 min 882 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 207 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 25 min 222 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 369 min 842 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da 32 milyon nəfəri ötüb keçibdir. Onlardan azı 988 min nəfər həyatını itirib, təqribən 24 milyon nəfər də sağalıbdır.

Teqlər

Şərhlər